news Image
2015.11.01
10:10
| A A A
Binəqədidə seçkilər yüksək fəallıqla keçir-REPORTAJ-FOTOLAR

Bu gün Milli Məclisə V çağırış seçkilər keçirilir. Movqe.az-ın əməkdaşı 10 saylı Binəqədi üçüncü Seçki Dairəsisinin bir neçə məntəqəsində olaraq seçki prosesinin gedişini izləyib. Öncə yolumuzu bu dairənin tərkibindəki 35 seçki məntəqəsindən birindən, elə 1 saylı seçki məntəqəsindən salırıq.

 Məntəqə sədri Qoşqar Hümbətov deyir ki, saat 8:40-a olan məlumata görə, artıq  55 seçici səsvermə prosesində iştirak edib. Q. Hümbətovun sözlərinə görə, məntəqədə 1442 seçici qeydiyyatdadır. Q. Hümbətov məntəqədə səsvermə prosesində heç bir qanun pozuntusunun olmadığını söyləyib: "Seçki prosesi öz qaydasında davam edir. Yüksək fəallıq müşahidə olunur. Heç bir qanun pozuntusuna rast gəlinməyib".

Q. Hümbətov bildirdi ki, məntəqədə seçki prosesini 11 müşahidəçinin izlədiyir: "Seçiçilərimiz saat 8:00 radələrindən etibarən səsverməyə başlayıblar. Seçki prosesini 11 yerli müşahidəçi izləyir. İki beynəlxalq müşahidəçi də səsvermə prosesini izləməyə gəlmişdi. Nə yerli, nə də ki, beynəlxalq müşahidəçilərindən səsvermə prosesi ilə bağlı bu saatadək irad bildirən olmayıb".






















Müşahidəçilər də səsvermə prosesində indiyədək heç bir qanun pozuntusuna rast gəlinmədiyini qeyd ediblər. 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) təmsilçisi olan müşahidəçi Hicran Davudova saat 07:30 radələrindən məntəqənin ərazisində olduğunu, 8:00 radələrindən seçki prosesini izlədiyini deyib: "Səsvermə başlayandan buradayam. Hələki heç bir qanun pozuntusuna rast gəlməmişəm. Hər şey öz qaydasındadır. Nə seçicilərə hansısa namizədə səs verməyə təhrik etmə, nə də ki, başqa qanun pozuntusu ilə rastlaşmışam".















Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndəsi olan müşahidəçi  İradə Ziyadova da səsvermə prosesinin yüksək səviyyədə davam etdiyini, səsvermə zamanı qanun pozuntusu ilə rastlaşmadığını söyləyib: "Səsvermə yüksək səviyyədə davam edir. Tezdən buradayam. Heç bir qanun pozuntusuna rast gəlməmişəm".














Müsavat Partiyasının 1 saylı seçki məntəqəsi təmsilçisi olan müşahidəçi  Əhməov Arif də səsvermə prosesində heç bir qanun pozuntusuna rast gəlmədiyini bildirib: "Səsvermə başlayandan buradayam. Hələki səsvermə prosesində qanunsuzluğa rast gəlməmişəm. Bizim fəaliyyətimizə də heç bir əngəl yaratmırlar. Baxırıq, nəzarət edirik, müşahidələrimizi sərbəst aparırırıq. Protokolum hazırdı, amma heç bir qeyd aparmamışam,çünki, bu məntəqədə qanun pozuntusu hələki olmayıb".