news Image
2015.03.12
17:30
| A A A
Türkiyədə donuz qripi təhlükəsi ciddiləşir- 13 nəfər!

Türkiyənin İstanbul şəhərində İnkişaf Tibb Laboratoriyaları bu ilin ilk üç ayında qrip şikayəti ilə müraciət edən xəstələrin 13-ündə donuz qripi aşkarlandığını açıqlayıb. Bildirilir ki, müraciət edən 164 xəstədən 13-ündə donuz qripi virusu aşkarlanıb. İnfeksiya xəstəlikləri və klinik mikrobiologiya mütəxəssisi Paşa Göktaş bildirib ki, ölkədə donuz qripi epidemiya halında olmasa da, getdikcə artır. O qeyd edib ki, qış və yaz aylarında donuz qripi artıb. O, vəziyyətin nəzarətdə olduğunu da vurğulayıb. Həmçinin, bildirib ki, yüksək hərarət olduğu halda, mütləq həkimə müraciət etmək lazımdır.


money.az currency