Əsəd:"Mən heyvan deyiləm"
Əsəd
İordaniyalı səlahiyyətlilərlə
görüşüb. Movqe.az
bildirir ki, 2014-cü il seçkilərində
yenidən Prezidentliyə namizəd
olacağını açıqlayan Suriya
Dövlət Başçısı Bəşər
Əsəd, "Prezident olmasam
diş həkimliyi edərək
Suriyalılara xidmət etməyə
davam edərəm" deyib.
Ölkəsində
yaşanan qarşıdurmalarda həlak
olanlar üçün böyük kədər
duyduğunu vurğulayan Əsəd,
"Qırğın görüntüləri
dəhşətlidir. Bəzi insanlar
mənim də ətdən,
sümükdən ibarət olduğumu
unudur. Mən vəhşi
bir heyvan deyiləm
və unutmayın ki, mən
həkiməm, ölüm görəndə özümü pis hiss
edirəm"deyib.