Zəlzələ olub
Yaponiyanın mərkəzi bölgəsində, Rixter şkalasına görə 6.2 bal
gücündə zəlzələ meydana gəlib.Yaponiya Meteorologiya Təşkilatı,
zəlzələnin mərkəzi əsasının paytaxt Tokionun şimalındakı Tochigi
əyaləti olduğunu bildirib. Yerin 10 kilometr dərinliyində meydana
gələn zəlzələnin ardınca sunami xəbərdarlığı verilməyib. Zəlzələ,
paytaxt Tokioda da hiss edilib. Movqe.az-ın
xəbərinə görə zəlzələnin ardınca sürətli qatar səfərləri, müvəqqəti
olaraq dayandırılıb. Təhlükəsizlik nəzarətlərinin edilməsindən
sonra səfərlər yenidən başlayıb. Zəlzələnin, 2 il əvvəl radiasiya
sızdıran Fukuşima Nüvə bazasında hər hansı bir problemə gətirib
çıxarmadığı qeyd edilib. Telefon xəttlərinin da normal bir şəkildə
çalışdığı qeyd edilib. Yaponiyada 2 il əvvəl baş verən 9 bal
şiddətindəki zəlzələ və ardınca gələn sunami səbəbiylə 15 min nəfər
həlak olmuşdu.