Xidməti pasportu olan şəxslər 37 ölkəyə vizasız gedə bilərlər
Hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, bəzi
ölkələrlə vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi
mümkündür. Vizasız gediş-gəlişdən yararlanmaq imkanı xidməti
pasportları olan şəxslərə də aiddir. Maraqlı olacağını nəzərə alıb,
xidməti pasportlara malik şəxslərin vizasız getmək imkanı olan
ölkələrin siyahısını təqdim edirik. Xidməti pasportlarla bu
ölkələrə visasız gediş-gəliş və aşağıda qeyd olunan müddətə yaşamaq
da mümkündür:
1. Albaniya -90 gün
2. Argentina- 30 gün
3. Avstriya -90 gün
4. Belarus -90 gün
5. Bolqarıstan- 90 gün
6. Braziliya- 90 gün
7. Çin- 30 gün
8. Xorvatiya -30 gün
9. Gürcüstan -90 gün
10. İndoneziya- 30 gün
11. İordaniya- 90 gün
12. İran - 1 ay
13. İtaliya- 90 gün
14. Kolumbiya- 90 gün
15. Koreya -30 gün
16. Kuba -90 gün
17. Küveyt- 90 gün
18. Qazaxıstan -90 gün
19. Qırğızıstan -90 gün
20. Liviya -90 gün
21. Macarıstan 90 gün
22. Mərakeş-90 gün
23. Moldova -90 gün
24. Monteneqro -90 gün
25. Özbəkistan 90 gün
26. Pakistan -1 ay
27. Portuqaliya -90 gün
28. Rumıniya- 90 gün
29. Rusiya -90 gün
30. Serbiya -90 gün
31. Slovakiya -90 gün
32. Suriya -30 gün
33. Tacikistan 90 gün
34. Türkiyə 90 gün
35. Türkmənistan -30 gün
36. Ukrayna -90 gün
37. Vyetnam -1 ay
Xidməti pasportu olan şəxslərin ailə üzvləri də, onlarla birgə səfərə çıxırlarsa nota verilməklə bu ölkələrə gedib-gələ bilərlər. Ancaq Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsindən bildirdilər ki, bu, uzunmüddətli ezamiyyətlər zamanı mümkündür: "Bu zaman həmin şəxs Konsulluq İdarəsininin aidiyyatı şöbəsinə müraciət edilməlidir. Bundan sonra xidməti pasportu olan şəxsə ailəsini də özü ilə həmin ölkəyə aparması üçün nota verilə bilər. Bunun üçün isə şəxsə hansı sənədləri təqdim etməli olduğu barədə məlumat verilir".
Əgər xidməti pasportu olan şəxslər bu siyahıda adları olmayan ölkələrə xidməti işlə əlaqədar ezam edilirlərsə, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin müvafiq notası əsasında, həmin xarici ölkənin Azərbaycanda yerləşən diplomatik nümayəndəlik və ya konsulluğuna müraciət edərək viza almalıdırlar. Xatırladaq ki, xidməti pasport ölkə prezidentinin təsdiq etdiyi vəzifəli şəxslərə verilir.