Əlaqə Arxiv
news Image
2013.04.02
18:15
| A A A
80 həkim imtahanda qalib gəldi
Anar Qədirli: "Test imtahanında uğur qazanan 80 həkim müsahibə mərhələsinə buraxılıb" "Mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə imtahan verən həkimlərin 80 nəfəri imtahanda müsbət nəticə göstərib. 70 nəfəri isə imtahandan kəsilib. İmtahanda ümumi 150 həkim iştirak edib".
Bu məlumatı Movqe.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli verib. A. Qədirli test imtahanında uğur qazanan 80 həkimin müsahibə mərhələsinə buraxıldığını, aprelin 4-də
müsahibədən keçiriləcəklərini söylədi.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasında təşkil olunan qəbul imtahanında iştirak etmək üçün həkimlərin sənədlərinin qəbulu fevralın 18-dən martın 19-dək aparılıb. Bir ay ərzində 2000-dən çox vakant yerdən yalnız 100-nə 150 nəfər sənəd verib. Birinci mərhələdə test imtahanı zamanı namizədlər ümumilikdə 50 sualla imtahana çəkiliblər. Bunun 40-ı sırf ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlı olub. Xatırladaq ki, bu ildən etibarən "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı Səhiyyə Nazirliyi Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.

Sizin Reklam Yeriniz