news Image
2013.04.03
11:14
| A A A
Gənclərimiz təkliflərini BMT-yə təqdim ediləcəklər
BMT-nin Minilliyin İnkişaf Məqsədlərinin yeni inkişaf çərçivəsini müəyyənləşdirmək üçün hazırlıq işlərinə başlanılıb. Bu barədə məlumat  Movqe.az-a  "NUR" Uşaq və Gənclərin İctimai Birliyindən verilib. Məlumata görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, "NUR" Uşaq və Gənclərin İctimai Birliyi və UNİCEF-in Azərbaycandakı nümayəndəliyi "Bizim istədiyimiz dünya" devizi altında ölkəmizin bir neçə rayonunda gənclərin müzakirəsini təşkil edəcək. Bu toplantılarda 2015-ci ildən sonrakı əsas inkişaf məsələləri ilə bağlı ölkə gənclərinin təklifləri müzakirəyə çıxarılacaq. Şirvan, Lənkəran, Tərtər, Zaqatala və Bakıda keçiriləcək toplantılarda yeni qlobal inkişaf məqsədləri müzakirə olunacaq, müzakirələrin nəticəsi olaraq azərbaycanlı gənclərin təklif və rəyləri hazırlanaraq, beynəlxalq müzakirələrə təqdim ediləcək. Milli müzakirələrin hər birində 30 nəfər olmaqla, cəmi 150 gənc iştirak edəcək. İlk milli gənclər müzakirəsi 5-6 aprel 2013-ci il tarixlərdə Şirvan şəhərində təşkil olunacaq. Qeyd edək ki, Minilliyin İnkişaf Məqsədlərinə çatmaq üçün elan olunmuş son tarix yaxınlaşdığı üçün BMT-nin yeni inkişaf çərçivəsinin müəyyənləşdirilməsinə artıq hazırlıq başlanıb. Bu məqsədlə elmi dairələr, kütləvi informasiya vasitələri, özəl sektor, işəgötürənlər və həmkarlar ittifaqları, vətəndaş cəmiyyəti və hökumət qurumları, o cümlədən BMT agentliklərindən təklif və tövsiyyələrini cəmləşdirmək məqsədilə BMT genişmiqyaslı məsləhətləşmələr həyata keçirir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs