Əlaqə Arxiv
news Image
2013.04.03
14:20
| A A A
Suraxanı rayon qadınlarının növbəti konfransı keçirilib
3 aprel tarixində Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında Suraxanı rayon qadınlarının növbəti konfransı keçirilmişdir. Konfrans nümayəndələri əvvəlcə Heydər Əliyev parkında Ulu Ündərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər. Daha sonra konfrans nümayəndələri Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar. Onlara məlumat verilmişdir ki. Mərkəzdə Ümummilli Liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlar nümayiş etdirilir.
Mərkəzin Elektron lektoriya zalında öz işinə başlayan konfransı giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, qadınların ölkəmizdə, cəmiyyətdə rolu çox əhəmiyyətlidir. Ulu Öndərimiz Heydər Əliyev qadının rolunu və fəaliyyətini çox yüksək qiymətləndirir və deyirdi: "Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir".
Son yüz ildə Azərbaycanın həyatında böyük hadisələr olubdur və bu hadisələrdə qadınların rolu böyükdür. 20-ci əsrin əvvəllərində Azərbaycan qadınları ilk dəfə seçmək və seçilmək hüququ almışlar. Qadınlara verilmiş bu hüquq sonrakı illərdə reallaşdırılmışdır və qadınlar Azərbaycanda həyatın bütün sahələrində özlərinə məxsus yer tutmuşlar, bərabərhüquqlu vətəndaşlar kimi Azərbaycanın bütün imkanlarından istifadə etmişlər.
Biz daim fəxr edirik ki, görkəmli qadın alimlərimiz, qadın yazıçılarımız, görkəmli qadın müğənnilərimiz, bəstəkarlarımız, incəsənət xadimləri, həkimlər, dövlət xadimləri, təsərrüfat, sənaye sahəsində böyük işlər görən qadınlar vardır.
Respublikamız müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolu daha da yüksəlmiş və fəaliyyətləri genişlənmişdir. Azərbaycan Respublikası Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilib. 1995-ci ildə Azərbaycan qadınlara qarşı hər bir ayrıseçkiliyin ləğv olunması ilə əlaqədar Beynəlxalq Konvensiyaya qoşulmuşdur. Ulu Öndər Heydər Əliyevin 14 yanvar 1998-ci il fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini təsis edilmişdir. Bununla qadınlara əlavə səlahiyyət verilmiş, birbaşa onların problemləri ilə məşğul olan dövlət qurumu yaradılmışdır. Elə bu siyasətin nəticəsi olaraq bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edirlər.
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə böyük uğurla həyata keçirilən müxtəlif layihələr ölkəmizdə təhsilin, elmin inkişafına, milli mədəniyyətimizin qorunub saxlanılmasına və təbliğinə, ölkəmizin hüdudlarından kənarda Azərbaycanın müsbət imicinin möhkəmlənməsinə xidmət edir.
Azərbaycan qadınları ölkənin məşğul əhalsinin 48,4 faizni təşkil edir. Ümumi təhsil müəssisələrində müəllimlərin 76,3, orta ixtisas təhsil müəssisələrində 77,4, ali təhsil müssisələrində 49, həkimlərin isə 63,9 faizi qadınlardır.
Qadınlar ölkənin ictimai-siyasi həyatında da fəal iştirak edirlər. Milli Məclisdə qadın deputatların vəkillərinin sayı getdikcə artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, hazırda ölkə parlamentində onların xüsusi çəkisi 16 faizdir.
Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən 5 dəfə artaraq 4194 nəfərə çatıb. Bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,1 faizdir. Əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4 faiz idi.
Azərbaycanda qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən ölkənin ictimai-siyasi həyatında aktiv rol oynaması vacib məqamlardandır və bu bizim gələcək inkişafımız üçün çox lazımlıdır.
İlqar Abbasov xüsusi vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda qadın problemlərinə daim dövlət qayğısı göstərilir və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Azərbaycan cəmiyyətində, ictimai-siyasi həyatda qadınların rolunun artırılmasına dövlətimiz tərəfindən hər cür şərait yaradılır.
Konfransda Milli Məclisin deputatı Sevinc Fətəliyeva, YAP Suraxanı rayon qadınlar şurasının sədri Tünzalə Süleymanova, Rayon Ağbirçəklər şurasının sədri Səfiyyə Məmmədova və digərləri çıxış edərək qadınların ölkəmizdə, cəmiyyətdə rolu haqqında ətraflı danışdılar. Xüsusi vurğulandı ki, ölkəmizdə - Azərbaycanda qadına hörmət günü-gündən artır və insanlar qadının həyatda, cəmiyyətdə rolunun əhəmiyyətini daha da dərindən dərk edə bilirlər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini nümayəndəsi Səbinə Talışinskaya, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov konfransın işində iştirak etmişdir.
Konfransda Respublika Qadınlarının qurultayına nümayəndələr seçildi.
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə konfrans iştirakçılarının ünvanladığı müraciətin mətni oxundu.
Sizin Reklam Yeriniz