Ölkənin baş onkoloqu: "Mən Allahın quluyam və öz vəzifə borcumu yerinə yetirirəm"
Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli vaxtıilə
Azərbaycanda özəl klinikalarında çalışmış Hamdi Koçerin mətbuata
ardı-ardına səsləndirdiyi ittihamlara cavab verib. " H. Koçer
mətbuata belə bir açıqlama verib- "Mən lazım olanları dedim, azəri
qardaşlarımızın də bir az cəsarət edib həqiqətləri danışması
lazımdır. Həkimləriniz və xəstələriniz mənə oradakı həqiqətləri
başa salır, amma heç kim mətbuata açıqlama vermir. Dediyim kimi
mənə cavab verən adam siyaətsətçinin əmr quludur. Onun işi özünə
verilən əmri yerinə yetirməkdir. Ona danış deyirlər, o danışır".
Mən türk qardaşımızın bu sözlərinə cavab olaraq demək istəyirəm ki,
onun azəri qardaşları həmişə cəsarətlidir. H. Koçerə üzümü tutub
mətbu orqanlar vasitəsilə demək istəyirəm ki, mən heç kəsin əmrini
yerinə yetirmirəm. Bir azərbaycanlı kimi, ölkənin baş onkoloqu kimi
öz vəzifə borcumu yerinə yetirirəm. Mən bilmirəm H. Koçer kimin
quludur, mən Allahın quluyam. Özünü elm insanı adlandıran H.
Koçerə demək istəyirəm ki, yaxşı olardı ki, bizə qarşı
səsləndirdiyi ittihamları elmi jurnallarda, tibb qəzetində çap
etdirərdi. Azərbaycanın bütün alimləri yığışıb masa arxasında
müzakirə apararaq nəticə çıxardardı. Orda-burda ağzına gələni
danışıb, yalan sözlərlə ictimaiyyəti çaşdırmazdı. Əgər bizdən
küsübsə, bu onun öz problemidir. İndiyədək xaricdən Azərbaycana
gələn həkimlərdən bizdən inciyəni olmayıb. H. Koçeri incik salan
bilmirəm hansı məsələdir, amma ona demək istəyirəm ki, yalnış
məlumatlar verməklə camaatı düz yoldan əyri yola səsləməsin.
Xəstələr gedib başqa ölkələrdə də, müalicə ala bilərlər. Biz
kiminsə qarşısını kəsib Milli Onkologiya Mərkəzində müalicə almağa
məcbur etmirik. Sadəcə olaraq öz xalqımıza düz istiqamət verib,
onkoloji xəstələri ixtisaslaşmamış klinikalarda müayinə və müalicə
olunmağa səsləyirik. Biz siyasət adamı deyilik ki, burada hansısa
siyasi məqsədimiz olsun. Ölkənin baş onkoloqu kimi, onkoloji
xəstələri təsadüfi, adını onkoloq qoyub onkoloji xəstəliklərin
müalicəsində səhf metod seçən əcnəbi "həkimlərdən" qorumağa
çalışırıq".