Obamadan Şimali Koreya xəbərdarlığı
Movqe.az xəbər verir ki, ABŞ prezident
Barak Obama, "Şimali Koreya üçün artıq müharibə münasibətinə son
vermək zamanıdır" deyib. Obama, Birləşmiş Millətlər
Təşkilatının (BMT) Baş katibi Ban Ki-mun ilə Ağ Evdəki görüşündə
etdiyi çıxışında Şimali Koreyanın artıq müharibəyə təhrik edən
davranışlarına son verməsi lazım olduğunu ifadə edərək,heç kəsin
Koreya Yarımadasında qarşıdurma istəmədiyini qeyd
edib. Obama, yenə də lazımlı bütün addımları atmağa hazır
olduqlarını ifadə edərək, "ABŞ öz xalqını qorumaq üçün lazım olan
bütün addımları atacaq və bölgədəki mütəffiqlərimizin
məsuliyyətlərini yerinə yetirəcək. Şimali Koreya üçün artıq davaçı
münasibətlərə son vermə zamanıdır" deyib. Obama, Suriyadakı
vəziyyətin də "kritik bir vəziyyətə" gəldiyini bildirib.