ABŞ-dan qlobal miqyaslı işgəncə
Movqe.az xəbər verir ki, ABŞ-da
tərəfsiz bir qrupun etdiyi əhatəli bir araşdırma, 11 Sentyabr 2001
hadisələrindən sonra ABŞ rəsmilərinin keçmiş ABŞ Başçısı Corc V.
Buş və ən yaxın kadrların məlumatı daxilində terror şüphəlilərinə
işgəncə etdiyi qənaətinə gəlib. Keçən gün nümayiş olunan 577
səhifəlik hesabat, İraq, Əfqanıstan və Guantanamodakı həbsxanalarda
məhkumlara qarşı necə davranıldığına yönəlmiş panel, həmçinin bu
müddətdə İngiltərə, Kanada, İtaliya, Almaniya, İsveç, Misir,
Suriya, Morokko və İordaniyanın da terrorist şübhəlilərə işgəncə
edilməsinə vasitəçilik etdiyini ortaya çıxarıb. Hesabata görə ABŞ
kəşfiyyat təşkilatı CIA, Polşa, Rumıniya və Litvada gizli
həbsxanalar qurub.