news Image
2013.04.23
13:24
| A A A
15-17 min uşaq qeydiyyatdan kənar qalıb
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini uşaq polikilinikalarının rəhbərlərinə və sahə həkimlərinə xəbərdarlıq edib. Movqe.az xəbər verir ki, bu gün Elmi-Tədqiqat Pediatriya İnstitutunda Avropa İmmunlaşdırma Həftəsi çərçivəsində keçirilən konfransda Mərkəzin direktor müavini Afaq Əliyeva hər il 15-17 minə qədər uşağın ərazi uşaq polikilinikalarına qeydiyyatdan kənarda qaldığını söyləyib. RGEM-nin direktor müavini  bildirib ki, qeydiyyatdan kənarda qalan, siyahıya düşməyən həmin uşaqlar  peyvəndə cəlb olunmurlar. Və müəyyən problemlər yaradırlar: "Onu  da qeyd edim ki, şübhəli xəstələrin müəyyən qismi, hardasa 50 faizi  böyük yaşlı əhalidir. Hansı ki, onlar 2006-cı ildə qızılca və məxmərəyə qarşı aparılan peyvənd kampaniyasında peyvəndlərdən kənarda qalıblar. Çalışıb müxtəlif peyvəndlərdən, qızılca və məxmərək əleyhinə peyvəndlərdən kənarda qalan uşaqları hökmən aşakar edib qeydiyyata salın və onları peyvəndə cəlb edin.  Həmçinin aparılan bütün peyvəndlər doğum evlərindən başlayaraq uşaqların elektron sağlamlıq kartlarına daxil edilməlidir".