Əlaqə Arxiv
news Image
2013.04.27
11:30
| A A A
Ordumuzun mövqeləri atəşə tutulub
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.  Goranboy rayonunun işğal olunmuş Tapqaraqoyunlu və Gülüstan, Tərtər rayonunun Göyarx və Çiləbürt, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Sizin Reklam Yeriniz