Bölgələrdə seçki komissiyalarının üzvləri üçün kurslar keçiriləcək
Dairə seçki komissiyalarının, eləcə də məntəqə
seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə
ixtisaslaşdırılmış kurslar keçiriləcək. Mövqe.az xəbər verir ki, bu
barədə Mərkəzi Seçki Komissiyasının (MSK) hüquq şöbəsinin müdiri
İradə Hacıyeva bildirib.
Onun sözlərinə görə, kurslar avqustun 5-dən 7-dək bölgələrdə təşkil ediləcək.
Qeyd edək ki, kurslar Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"na əsasən aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsi ilə əlaqədar təşkil olunur.