news Image
2013.08.08
11:15
| A A A
İlham Əliyev: “Biz elə bir bölgədə yaşayırıq ki,...“
"Azərbaycan artıq dünya miqyasında güclü dövlət kimi tanınır, beynəlxalq əlaqələrimiz genişlənir, dostlarımızın sayı artır. Azərbaycan dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının üzvüdür".
APA-nın məlumatına görə, bu sözləri avqustun 7-də Külüllü su mənbəyindən Kürdəmir şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edən Azərbaycan prezidenti İlham Əliyev deyib. Bölgədə Azərbaycanın mövqeyindən çox şey asılı olduğunu bildirən dövlət başçısı qeyd edib ki, bütün bu uğurlar Azərbaycan xalqının istedadı, zəhməti hesabına qazanılıb."Çünki 20 il bundan əvvəl biz müstəqilliyimizin ilk illərində idik və hamımız o günləri yaxşı xatırlayırıq. O vaxt Azərbaycanın ümumi inkişafı sual atında idi. Azərbaycan demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi baş vermişdi, iqtisadi sahədə heç bir islahat aparılmırdı, sənaye tamamilə iflic vəziyyətinə düşmüşdü. O vaxt həm dünyada, həm ölkə daxilində Azərbaycanın gələcəyi ilə bağlı çox bədbin fikirlər var idi. Ancaq güclü iradə, islahatlar və xalqla iqtidar arasında olan birlik Azərbaycanı bu bəlalardan xilas etdi", - deyə prezident vurğulayıb. 1993-cü ildə Azərbaycanın taleyinin həll olunduğunu deyən dövlət başçısı qeyd edib ki, Heydər Əliyevin qətiyyəti, cəsarəti, müdrikliyi və xalqın ona olan inamı Azərbaycanı bu bəlalardan qurtarıb: "Biz elə bir bölgədə yaşayırıq ki, ətrafımızda görürsünüz hansı problemlər cərəyan edir - toqquşmalar, qarşıdurmalar, müharibələr. Biz ölkəmizi güclü və müstəqil siyasətlə qorumalıyıq və qoruyuruq. Eyni zamanda, daxildə aparılan islahatlar istər siyasi sahədə, iqtisadi sahədə, sosial məsələlərin həllində ölkəmizi gücləndirir. Bu gün Azərbaycan tam şəkildə müstəqil siyasət aparır. Bu siyasətin arxasında Azərbaycan iqtidarının iradəsi və güclü iqtisadiyyat dayanır. Güclü iqtisadiyyatı isə biz yaratmışıq, Azərbaycan xalqı yaradıb".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs