Əlaqə Arxiv
news Image
2013.08.28
11:55
| A A A
MSK Rüstəm İbrahimbəyovun ittihamlarına cavab verdi
Natiq Məmmədov: "Biz rəsmi şəkildə qərarımızı vermişik və qərarın qanuniliyi şübhə doğurmur" Mərkəzi Seçki Komissiyası Rüstəm İbrahimbəyovun ittihamlarına cavab verdi. MSK-nın sədr müavini Natiq Məmmədovun Trend-ə bildirdiyinə görə, MSK-nın Rüstəm İbrahimbəyov ilə bağlı qərarının qanuniliyi şübhə doğurmur: "Biz rəsmi şəkildə qərarımızı vermişik və qərarın qanuniliyi şübhə doğurmur".

N.Məmmədov deyib ki, məntiqi və qanuni baxımdan hər şey qərarda aydın göstərilib: "Əgər kimsə qərarı mübahisələndirirsə bu, onun öz işidir".

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının (MSK) avqustun 27-də keçirilən iclasında Milli Şuranın təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülən Rüstəm İbrahimbəyovun Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi təsdiq edilməyib. Buna əsas isə Rüstəm İbrahimbəyovun Azərbaycan və Rusiya vətəndaşı olmaqla ikili vətəndaşlığı, Rusiya qarşısında öhdəlikləri və s. məsələlər göstərilib.

Rüstəm İbrahimbəyov isə MSK-nın qərarını qanunsuz hesab etdiyini bəyan edərək MSK-nı məhkəməyə verəcəyini bildirib.
Sizin Reklam Yeriniz