Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Azərbaycan və Ermənistan prezidentləri görüşə bilər
 
 
news Image
2014.02.05
18:00
| A A A
Azərbaycan və Ermənistan prezidentləri görüşə bilər
İrəvanda olan rusiyalı həmsədr Qarabağ münaqişəsi üzrə danışıqların yüksək səviyyədə davam etdirilməli olduğunu deyib "Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar yüksək səviyyədə davam etdirilməlidir". ANS PRESS-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov İrəvanda jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili üzərində işləyirlər: 

"Prezidentlərin müzakirə aparması üçün onlara məzmunlu əsas təklif etmək lazımdır. Biz indi bunun üzərində işləyirik".

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi ilə görüşlərində Qarabağ münaqişəsinin əsas prinsipləri ilə bağlı məsələlər müzakirə olunacaq: 
"Bir sıra məsələlər Parisdə müzakirə olunub. Heç də bütün məsələlər həll olunmayıb. Həll olunmayan məsələlər üzərində işləyəcəyik".