Əlaqə Arxiv
news Image
2014.02.09
10:56
| A A A
Müdafiə Nazirliyi tanklarımızın yerdəyişməsindən danışdı
Yanvar ayının 21-dən fevralın 8-dək qoşunların təmas xəttində qarşı tərəfi atəşkəs rejimini 2000 dəfəyə qədər pozub. Bunu Müdafiə Nazirliyindən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər.  "Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub",- deyə nazirlikdən vurğulayıblar. Məlumata görə, cəbhə xəttində mütəmadi olaraq atəşkəsin pozulmasının qarşısını almaq üçün əlavə tədbirlər görülür: "Müdafiə nazirinin əmrinə uyğun olaraq bütün müvafiq tədbirlər həyata keçirilib və hazırda da keçirilir".
Müdafiə Nazirliyindən bir sıra dünya KİV-lərində "Azərbaycan tanklarını sərhədə yığır" kimi başlıqlı yazıların dərc olunması məsələsinə də aydınlıq gətirilib. Nazirlikdən bildiriblər ki, bu fikirlər həqiqətə uyğun deyil: "Tanklarının cəbhə bölgəsinə doğru irəliləməsi barədə yayılan informasiyalar yanlışdır",- deyə nazirlikdən göndərilən məlumatda vurğulanır. Nazirlikdən bildiriblər ki, hərbçilərin döyüş qabiliyyətinin artırılması məqsədi ilə bağlı da tədbirlər görülür: "Döyüş hazırlığı planına uyğun olaraq mütəmadi olaraq təlim toplantıları və məşğələlər, bilik və təcrübələrin artırılması məqsədilə hərbi qulluqçularımızın beynəlxalq hərbi təlimlərdə iştirakı təmin edilir, ixtisasartırma kursları keçirilir".
Sizin Reklam Yeriniz