Əlaqə Arxiv
news Image
2014.02.13
09:15
| A A A
Havalar isinir
Movqe.az xəbər verir k, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində arabir tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 2-4, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, Lənkəran-Astara zonasında az yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
Sizin Reklam Yeriniz