news Image
2014.02.14
20:09
| A A A
Radikal dini cərəyanlara qarşı müvafiq tədbirlər görüləcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu gün dindarları toplayaraq 2014-cü ildəki fəaliyyət istiqamətlərini müzakirə ediblər. Komitə bu il fəaliyyətini əsasən 6 istiqamətə yönəltməyi düşünür. Bura əsasən DİN-dövlət münasibətlərinin tənzimlənməsi, radikal və dini nifrət yayan cərəyanlara qarşı müvafiq tədbirlərin həyata keçirilməsi, Dini İcmaların cəmiyyətə inteqrasiyasının təmin edilməsi və digər fəaliyyətlər daxildir. İclasda, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Allahşükür Paşazadə, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr İşein və digər dini icma rəhbərləri iştirak ediblər. İclasın sonunda komitənin yeni loqosu təqdim olunub. 8 güşədən ibarət olan loqo müxtəlif dini icmaların tolerantlığını özündə ehtiva edir.