93 həkim imtahandan kəsildi
Səhiyyə Nazirliyinin mərkəzləşdirilmiş qaydada keçirilən növbəti
imtahana qatılan 181 həkimin 88-i yaxşı nəticə toplaya bilib.
Movqe.az xəbər verir ki, nazirlikdən verilən məlumatda deyilir ki,
həkimlərin mərkəzləşdirilmiş işə qəbulu üzrə müsabiqənin müsahibə
mərhələsinin qiymətləndirməsinə əsasən 181 həkimdən 88-i müsahibə
mərhələsində yaxşı nəticə toplaya bilib, 93-ü isə suallara cavab
verə bilməyib.
Qeyd edək ki, ötən imtahanda sənəd vermiş 195 həkimdən yalnız 57 nəfəri imtahandan yaxşı nəticələr göstərmişdi.
Qeyd edək ki, ötən imtahanda sənəd vermiş 195 həkimdən yalnız 57 nəfəri imtahandan yaxşı nəticələr göstərmişdi.