Hotel binası uçdu - 8 ölü, 70 yaralı
Movqe.az-ın xarici mətbuata istinadən xəbər verir ki, 17 fevralda
Cənubi Koreyanın kurort şəhəri olan Kencu şəhərində otel binasının
uçması nəticəsində ölənlərin sayı 8 - ə çatıb. 70 nəfərin müxtəlif
dərəcəli xəsarətlər aldığı bildirilir. Bu barədə Korea Herald
dərgisi məlumat yayıb. Bu anlarda uçqun altında əlavə 15 nəfərin də
qaldığı bildirilir. Hadisə universitetin birinci kurs tələbələrinin
qəbulla bağlı bayram konserti zamanı baş verib. Uçqun zamanı
tədbirdə 500 nəfər olub. Uçqunun qarın ağırlığı hesabına baş
verdiyi ehtimal olunur. Xilasedicilərə 30 dəqiqə vaxt lazım olub
ki, ziyan çəkənlərə yetişsinlər. Yaralıların evakuasiyasına və
xilasetmə işlərinin sürətinə qarın həddən artıq çox olması
maneçilik törədib.