news Image
2014.05.03
14:04
| A A A
Odessada həbslər başlandı (VİDEO)
Odessanın hüquq mühafizə orqanları 2 mayda şəhərin mərkəzində vahid Ukrayna tərəfdarları ilə əleyhdarları arasındakı toqquşmanın 130-dan çox iştirakçısını saxlayıb. 

Movqe.az xəbər verir ki, bu barədə vilayətin milis idarəsi bildirib.

Hüquq mühafizə orqanları "Kütləvi iğtişaşlar", "Qəsdən adam öldürmə", "Hüquq-mühafizə orqanlarına qarşı təhdid və zorakılıq", "Dələduzluq", "Dövlət və ictimai binaların zəbt edilməsi", "Mülkiyyətin qəsdən məhv edilməsi və zay edilməsi" maddələri ilə 10 cinayət işi açıblar. 

Hazırda saxlanılanların dindirilməsi gedir. Məlumatda qeyd edilir: "Milis günahkarların məsuliyyətə cəlb edilməsi üçün ondan asılı olan və olmayanları edəcək."

Odessada dünən baş verən qarşıdurmada 43 nəfər həyatını itirib, 22 milislə birlikdə 200 nəfər xəsarət alıb. Faciəvi hadisələrlə bağlı şəhərdə üçgünlük matəm elan edilib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs