Əlaqə Arxiv
news Image
2014.05.06
12:23
| A A A
Prezident İlham Əliyev Azərbaycanın Gürcüstandakı səfirliyinin yeni binası ilə tanış olub
Dövlət başçısı Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi, və “SOCAR-Georgia” şirkətinin inzibati binasına da baş çəkib

Azərbaycan prezidenti İlham Əliyev Tiflisə səfəri çərçivəsində bir sıra obyektlərlə tanış olub.

 

APA-nın Tiflisə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Gürcüstandakı səfirliyinin yeni binası ilə tanış olan dövlət başçısı daha sonra Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində olub.

 

Dövlət başçısı "SOCAR-Georgia" şirkətinin inzibati binasına da baş çəkib.

 

Qeyd edək ki, prezident İ. Əliyevin səfərinin məqsədi Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə bu gün Tiflisdə keçiriləcək sammitdə iştirak etməkdir.

Sizin Reklam Yeriniz