news Image
2014.05.10
16:05
| A A A
Sabah bu yollar bağlanacaq
Sabah paytaxtın bir neçə prospekt və küçələrində hərəkət məhdudlaşdırılacaq. 

Movqe.az xəbər verir ki , bu barədə  açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov sürücülərə xəbərdarlıq edib. O bildirib ki, Fransa prezidenti Fransua Ollandın Bakıya gəlişi ilə əlaqədar olaraq bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq:

"Şəhər istiqamətində Aeroport şosesi, Heydər Əliyev prospekti, Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Neftçilər və Nobel prospekti və həmin marşurutla İçərişəhər istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyətlər qoyulacaq. May ayının 12-də isə Aeroport şosesi ilə Buzovna, Mərdəkan istiqaməti və digər tədbirlərin keçirildiyi tədbirlərin istiqaməti üzrə fasilələrlə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Avtomobillərin hərəkəti başqa istiqamətlərə yönəldiləcək". 

Qeyd edək ki, Fransa prezidenti Fransua Olland 11 may tarixində Azərbaycan səfər edəcək. Ollandın səfəri çərçivəsində siyasi, iqtisadi və mədəni sahədə bir çox məsələlər müzakirə olunacaq. Fransa prezidentin Bakıdan başlayan səfəri İrəvana, ordan da Tiflis şəhərinə yollanacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs