Hərbiçilərə hücum: 18 əsgər öldü
İraqın şimalındakı Ninova əyalətinin mərkəzi hesab
edilən Mosul şəhərində hərbi karvanlardan birinə hücum təşkil
edilib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Mosul şəhərində hərbi karvana təşkil edilən silahlı hücum nəticəsində 18 əsgər ölüb, 9-u isə yaralanıb.
Təhlükəsizlik mənbələrindən bildirilir ki, hərbi karvana gücum planı Mosul şəhərinin cənubundakı Əl-Cahş kəndi yaxınlığında həyata keçirilib.
Hücumun hərbiçilərin yerlərini dəyişməsi zamanı meydana gəldiyi bildirilir.
Qeyd edək ki, Mosulda vətəndaşlara və əsgərlərə qarşı zorakı hadisələr tez-tez yaşanır. Hücumların İraq Şam İslam Dövləti (İŞİD) silahlıları tərəfindən həyata keçirildiyini vurğulayan İraq hökumətionlara qarşı əməliyyatlarını davam etdirir.