news Image
2014.06.01
14:00
| A A A
Ruspərəstlərin aksiyası (VİDEO)
Ukraynanın Donetsk vilayətində rəsmi Kiyevdən muxtariyyat tələb edən ruspərəst fəallar aksiya keçiriblər. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Lenin meydanında baş tutan aksiyaya minlərlə insan qatılıb. "Rusiya, Rusiya" şüarları səsləndirən fəallar Donetskin müdafiəsində rəsmi Moskvadan kömək istəyiblər.

Özlərini Donetsk Xalq Respublikası adlandıran qurum üzvləri Donetskin gələcək inkişafının Rusiya ilə bağlı olduğunu qeyd ediblər. Donetsk ali şurasının sədri Denis Puşilin beynəlxalq təzyiqlərlə baxmayaraq, onları müdafiə etdiyi üçün Rusiya prezidenti Vladimir Putinə təşəkkürünü bildirib.

Bir qədər əvvəl Putin Ukraynada keçirilən prezident seçkilərinin nəticələrini tanıyacağını deməsi rəsmi Kiyevlə Moskva arasında sülh razılaşması olacağı ümidlərini doğrultmuşdu. Lakin hökumətin Donetsk hava limanında separatçılara qarşı keçirdiyi əməliyyatlar vəziyyəti yenidən gərginləşdirdi.

Əməliyyatlar zamanı 100-dən çox silahlı zərərsizləşdirilmişdi.

Ölkənin yeni seçilmiş prezidenti Petro Poroşenko tərksilah olmayan istənilən şəxsə qarşı terrorçu münasibəti bəslənəcəyini qeyd etmişdi.





Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs