news Image
2014.06.07
09:27
| A A A
Kitakyuşu şəhəri ilə Xətai rayonu qardaş şəhər oldular
Yaponiyada səfərdə olan Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti iyunun 6-da Kitakyuşu şəhərinə səfərə gediblər. Movqe.az Azərtac-a istinadən xəbər verir ki , Küsü adasında yerləşən və "Ağıllı şəhər" layihəsi çərçivəsində şəhərsalma, ətraf mühitin mühafizəsi, inkişaf və təhlükəsizlik sahələrində böyük uğurlar qazanmış bu şəhərə səfərin məqsədi həm həmin sahələrdə qazanılmış təcrübəni öyrənmək, həm də regional tərəfdaşlığı inkişaf etdirmək olub.

Kitakyuşu şəhər meriyasında keçirilən görüş zamanı mer Kenci Kitahaşi qonaqları salamlayıb, şəhərin planlaşdırılması, ekoloji təmizlik, müasir texnologiyaların tətbiqi və təhlükəsiz infrastrukturun təşkili barədə əldə edilmiş təcrübədən danışıb. Azərbaycan regionlarının sürətli inkişafı barədə məlumatlı olduqlarını diqqətə çatdıran mer qarşılıqlı tərəfdaşlığın hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarətmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov ölkəmizin regionun lider ölkəsinə və dünya dövlətlərinin etibarlı tərəfdaşına çevrildiyini bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə də böyük ekoloji layihələr həyata keçirilir, regionların inkişafına xüsusi diqqət yetirilir. H.Mövsümov "Ağıllı şəhər" layihəsinin tətbiqi və müasir şəhərsalma təcrübəsinin Azərbaycan tərəfi üçün maraqlı olduğunu qeyd edib, Kitakyuşu şəhəri ilə Bakının Xətai rayonu arasında əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirib.

Natiq Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi, problemin həlli ilə bağlı Azərbaycan rəhbərliyinin beynəlxalq hüquq normalarına uyğun, ədalətli mövqeyi haqqında məlumat verilib. 

Qeyd edilib ki, 1992-ci ildə ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımı ilə bağlı "Ana harayı" abidəsi məhz Xətai rayonu ərazisində yerləşir.

Görüşdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov rayonun sosial-iqtisadi göstəriciləri barədə məlumat verib, Prezident İlham Əliyevin Sərəncamı ilə icrasına başlanılmış "Ağ şəhər" layihəsindən danışıb. Qeyd olunub ki, Azərbaycan paytaxtının simasına xüsusi gözəllik qatacaq bu layihə Bakıda vaxtı ilə "Qara şəhər" adı ilə tanınan ərazidə həyata keçirilir.

İki şəhər arasında imzalanması nəzərdə tutulan dostluq və tərəfdaşlıq mübadiləsi haqqında niyyət protokolunun layihəsi, həmçinin "Ağ şəhər" layihəsi, "Ana harayı" abidəsi, Xətai rayonu haqda nəşrlər Kitakyuşu şəhər rəhbərliyinə təqdim edilib.

Mer Kenci Kitahaşi ətraflı məlumata görə təşəkkürünü bildirib, "Ağ şəhər" layihəsinin onda xüsusi maraq doğurduğunu vurğulayıb.

Kitakyuşu şəhərinə səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinə şəhərdə həyata keçirilən "Hidrogen şəhərciyi", "Eco şəhər" layihələr haqqında ətraflı məlumat verilmiş, qonaqlar avtomobil tullantılarının emalı zavodunda iş prosesini izləyiblər.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs