news Image
2012.04.07
02:07
| A A A
Telekanallar üçün filmlərin çəkilməsi mexanizmi təkmilləşdiriləcək
“Hazırda dövlətin yerüstü telekanallara ayırdığı maliyyə vəsaiti sonra prodakşnlara “keyfiyyət mərhələsində veriləcək”


Milli
Televiziya Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bir qrup televiziya mütəxəssisi ilə görüşüb. Görüşdə "Respublika teleməkanında serialların rolu perspektivlər" mövzusu ətrafında geniş söhbət aparılıb. Ssenarist, bəstəkar, prodüser, inzibatçı prodakşn rəhbəri qismində iştirak edən mütəxəssislər teleserialların keyfiyyət tərəfini, milli-mənəvi dəyərlərlə uzlaşma dərəcəsini, maliyyə məsələlərini çözüblər. N.Məhərrəmli bildirib ki, telekanallarda nümayiş olunan seriallarla bağlı qarşıda iki məsələ - yaxın müddətdə yerli istehsal hesabına xarici serialların nümayişini tam məhdudlaşdırmaq sonra serial ya çoxseriyalı bədii filmlər çəkilişinin yeni "keyfiyyət mərhələsinə" keçmək - durur. Bu tədbirlər gələcəkdə mövcud prodakşnlara yol açmaq üçün bir vasitə olacaq. Beləliklə, serialların çəkilişlərilə telekanallar özləri yox, dünya praktikasına uyğun olaraq, prodakşnlar məşğul olacaqlar. Hazırda dövlətin yerüstü telekanallara ayırdığı maliyyə vəsaiti sonra prodakşnlara "keyfiyyət mərhələsində veriləcək". Dövlətin bu qayğısı, hər şeydən əvvəl, kino mütəxəssislərinin işlə təmin olunması deməkdir. Telekanallar üçün filmlərin çəkilməsi mexanizminin təkmilləşdirilməsi üzərində isə davam edir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs