news Image
2014.06.10
10:05
| A A A
Jurnalistlər qəzaya düşdü
Ötən gün axşam saatlarında ANS PRES-in bölgə müxbiri avtomobil qəzasına uğrayıb. Qəzaya uğrayan avtomobildə Ülvi Telmansoy və "Kəpəz TV"nin əməkdaşı olub. Jurnalistin içərisində olduğu avtomobil idarəetməni itirərək dərəyə yuvarlanıb. Qəza zamanı avtomobil əzilərək istismara yararsız hala düşüb. Xoşbəxtlikdən jurnalistlər qəzadan salamat xilas olublar. Bölgə müxbiri Ülvi Telmansoy qəza barədə "Facebook" sosial şəbəkəsində statusla qeyd edib. O, qəza zamanı xəsarət almadığını bildirib.  "Qəza dünən axşam saatlarında olub. Avtomobilin sürücüsü mən olmamışam. Lakin öndə oturmuşdum. Hər ikimiz təhlükəsizlik kəmərini bağlamışdıq. Qəza oldu, avtomaşın dərəyə aşdı. Sürücünü qoruyan hava yasdığı açıldı, məni qorumalı olan hava yastığı isə açılmadı. Buna baxmayaraq mən heç bir xəsarət almamışam. Yasdıq qorumadı, Allah qorudu!. Avtomobil ciddi zərər görüb".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs