news Image
2014.06.12
17:15
| A A A
Ərizə qəbulunun vaxtı uzadıldı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə mayın 12-dən etibarən başlanmış və iyunun 12-də başa çatdırılması nəzərdə tutulan ərizə qəbulunun vaxtı uzadılıb. TQDK-dan Movqe.az-a verilən məlumata görə, cari ilin məzunu olan şagirdlər üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq və bu məzunlar kolleclərə əlavə imtahan verməyəcək. Əvvəlki illərin məzunları üçün isə qəbul imtahanları iyunun 29-da aparılacaqdır. Əvvəlki illərin məzunu olan gənclərin imtahan mərkəzləri üzrə bölgüsünü təşkil etmək və digər çoxsaylı hazırlıq işləri ilə əlaqədar olaraq ərizələrinin qəbulu iyunun 13-də başa çatacaq. Belə ki, ümumi orta təhsil müəssisələrini əvvəlki illərdə bitirən və elektron ərizələrini Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirməli olan məzunlar tələb olunan sənədləri təqdim etməklə 13 iyun saat 17:00-dək SQK-ya müraciət edə bilərlər. Əvvəlki illərin məzunu olan və elektron ərizələrini internetlə özləri təsdiq etmək imkanına malik olan gənclər üçün son müddət 13 iyun saat 23:59-dur. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları iyunun 29-da aparılacaq. Odur ki, ümumi orta təhsil müəssisələrinin 9-cu sinifini 2014-cü ildə bitirən şagirdlər üçün isə ərizə qəbulunun son müddəti 30 iyun saat 23:59 müəyyən olunmuşdur. Qeyd edək ki, həmin gənclər ərizələrini SQK-ya müraciət etmədən internetlə özləri təsdiq edə bilərlər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs