“Azəriqaz” bu rayonun sakinlərinə xəbərdarlıq etdi
Bakının bir hissəsinin təbii qaz təchizatında
məhdudiyyətlər olacaq. "Azəriqaz"
İB-dən Movqe.az-a verilən məlumata görə, məhdudiyyət bu gün saat
10:00-dan etibarən başlayıb. İşlər başa çatanadək Xəzər rayonunun
bir hissəsinə təbii qazın verilişində fasilələr
yaranacaq. Rayonun bir hissəsinin
təbii qaz təchizatında məhdudiyyətlər olması təmir işləri ilə
əlaqədardır.