news Image
2014.06.24
18:18
| A A A
Leyla Əliyeva Emin Ağalarovla birlikdə (FOTO)
Azərbaycan respublikasının prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyevanın yeni maraqlı şəkili yayılıb.
Movqe.az-ın məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, L.Əliyevanın çoxdandır birlikdə görüntülənməyən həyat yoldaşı Emin Ağalarovla yeni şəkili sosial şəbəkədə yayılıb. "Baku" jurnalının baş redaktoru olan Leyla Əliyeva Eminin "Sea Breeze"də baş tutan konserti günü çəkilən fotonu İnstagram səhifəsində yerləşdirib. Sözügedən şəkil hər kəs tərəfindən maraqla qarşılanıb, izləyicilər onları yenidən birlikdə gördükdə çox sevindiklərini bildiriblər. Qeyd edək ki, bəstəkar-müğənni amerikalı sənətçi Qreyq Devid ilə səhnənni bölüşdüyü gün Arzu, Leyla Əliyeva, əkiz övladları Əli və Mikayıl onu izləyirdilər. Konsertdə bir çox rusiyalı müğənnilər də qonaq qismində iştirak ediblər. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs