İstedadlı uşaqların I sinifə qəbulu başlanılır
Azərbaycanda xüsusi istedada malik uşaqların vaxtından əvvəl I
sinifə qəbulu ilə əlaqədar elektron ərizələrin qəbuluna
başlanılacaq.
Movqe.az xəbər verir ki , Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə bildirilib ki, Azərbaycan təhsil nazirinin "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları" barədə 17.07.2013-cü il tarixli əmrinə müvafiq olaraq, Bakı şəhərində yerləşən və BŞTİ-nin tabeliyində olan məktəblərə qəbulla əlaqədar olaraq, iyulun 20-dən elektron ərizələrin qəbuluna başlanılacaq.
Qeyd edək ki, "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na əsasən I sinifə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.