news Image
2014.07.05
20:00
| A A A
Musiqili Teatrın saytı yenilənir
Azərbaycan Dövlət Musiqili Teatrının saytında yenilənmə işlərinə başlanılıb. Movqe.az xəbər verir ki ,Teatrın mətbuat xidmətindən  verilən məlumata görə, bir neçə ay öncə www.statemusicaltheatre.az ünvanında istifadəyə verilən sayt, yeni mövsümdən etibarən daha maraqlı və zəngin tərtibatda teatrsevərlərin ixtiyarına veriləcək.

Teatrın direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev bizimlə söhbətdə bildirdi ki, əsas yeniliklər saytın vizual və texniki sahəsini əhatə edəcək: "Məsələn, sayt bütün mobil qurğulara adaptasiya olunacaq. Yəni, istənilən formatlı ekranda rahat və tam şəkildə açılacaq. Android proqramının sayəsində teatrın son yeniliklərilə tanışlıq imkanı qazanılacaq. Tətbiq olunacaq Noviqasiya menyusu da sayt üzrə axtarış sistemini asanlaşdıracaq. Bütün bunlar ölkə teatrları arasında ilk dəfə məhz Musiqili Teatrın saytında öz əksini tapacaq. Bundan başqa, pepertuar bölümü sadəcə həftəlik elanla məhdudlaşdırılmayacaq, həmçinin gündəlik elektron anonslar da tamaşaçıların diqqətinə çatdırılacaq.

Xatırladaq ki, iki ay öncə seyrçiləri Musiqili Teatra cəlb etmək, onları teatr sənətinin gündəmində gedən yeniliklərlə daim bilgiləndirmək məqsədilə toplu sms xidməti aktivləşdirilmişdi. Teatr sahəsində gerçəkləşmiş bu ilk təşəbbüs də məhz Musiqili Teatrın adına yazılıb. Repertuar sahəsində olacaq digər yenilik, teatrın həm repertuarında gedən, həm də artıq tarix olmuş tamaşaları, habelə müxtəlif audio və foto məlumatlar saytın Multimediya bölməsində yer alacağıdır.

Həyatını teatra həsr edən əməkdaşlar da diqqətdən kənarda qalmayacaq. Belə ki, teatrın istər yaradıcı, istərsə də texniki heyətin doğum və digər əhəmiyyətli günləri avtomatik təbriklərlə ürəkləri xoşhal edəcək".

Qeyd edək ki, Azərbaycan Dövlət Musiqili Teatrın internet saytının təqdimat mərasiminin 105-ci mövsümün əvvəlində keçirilməsi planlaşdırılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs