news Image
2014.07.06
19:00
| A A A
Ovik Abramyan Qazaxda (FOTO)
Ermənistan baş naziri Ovik Abramyan bu gün Qazax rayonunun işğal edilmiş bir neçə kəndindən keçərək Azərbaycan ərazisində anklav kimi yerləşən Lələkənd (Vazaşen) kəndinə gəlib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Abramyanın məqsədi Azərbaycan sərhədinə yaxın yerləşən Paravakar kəndindən Lələkəndə çəkilən dolayı yolun çəkilməsinə nəzarət etmək olub. Ermənilərin dediyinə görə, dolayı yol ona görə çəkilir ki, əsas yol Azərbaycan hərbçilərinin atəşinə məruz qalır. Amma yol tikənlər Abramyana bildiriblər ki, yeni yolu da çəkmək mümkün deyil, çünki Azərbaycan hərbçiləri onu da atəş altında saxlamağa qadirdilər.

Ermənilər sovet rejiminin son illərində Moskvanın dəstəyindən yararlanaraq Lələkənd anklavandan İcevana tərəf olan Azərbaycan kəndlərini (Barxudarlı, Sofulu və s.) dağıtdılar. Həmin kəndlərin əhalisi Qazaxın bir sıra kəndlərinə məcburi köçkün kimi yerləşdi. Yəni həmin əraziləri nəzarəti götürmək, yaxud həmin ərazilərdə hər hansı qanunsuz layihələrin gerçəkləşdirilməsinə mane olmaq məhz Azərbaycan hərbçilərinin borcudur. Beynəlxalq hüquq bunu tələb edir.

Amma Azərbaycan ərazilərini işğal etmiş bir dövlətin baş naziri olan Ovik Abramyan utanmadan özü ilə jurnalistlər gətirərək, şikayətlənir ki, baxın, Azərbaycan işğal elədiyimiz, dağıtdığımız kəndlərində layihələr keçirməyə imkan vermir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs