news Image
2014.07.08
13:00
| A A A
Sərinləmək üçün tərləmək lazımdır-Kondisionerlərin od tutub yanan qiymətləri

H­ava­lar artıq isi­nib. Bu il havalar bir qədər gec qızdığından, sə­rin­ləş­di­ri­ci qur­ğu­la­ra olan tə­lə­ba­t indi-indi artıb. Movqe.az kondisioner bazarındakı qiymətləri araşdırıb. Məlum olub ki, ötən mövsümlə müqayisədə kondisionerlərin qiyməti nəzərəçarpacaq dərəcədə artıb. Qeyd edək ki, kondisoner satışı ilə məşğul olan mağazalarda kon­di­so­ner­lə­rin qiy­mə­ti on­la­rın is­teh­sal edil­di­yi fir­ma­ya və öl­çü­sü­nə gö­rə də­yişir. "Samsung" fir­ma­sı­nın is­teh­sa­lı olan, 12 kv metr­lik otaq­lar üçün nə­zər­də tu­tu­lan kon­di­so­ner­lərin qiyməti 478 ma­nat­dır. "Simens" fir­ma­sı­nın is­teh­sa­lı olan 20 kv metr sa­hə üçün nə­zər­də tu­tu­lan kon­di­so­ner­lə­ri 569 ma­na­ta sa­tılır. "Bosh" fir­ma­sı­nın kon­di­so­ner­lə­ri isə bir qə­dər ba­ha­dır. Mə­sə­lən 60 kv metr­lik sa­hə üçün bu fir­ma­nın kon­di­so­ne­ri­nin sa­tış qiy­mə­ti 890 ma­nat­dır. Rəşid Behbudov küçəsindəki məişət avadanlıqları satışı mağazasında sa­tı­cı bir qə­dər mad­di im­ka­nı aşa­ğı olan tə­bə­qə üçün də kon­di­so­ner sa­tıl­dı­ğı­nı bil­dir­di: "İm­ka­nı çat­ma­yan­la­ra pən­cə­rə tip­li kon­di­so­ner­lə­ri tək­lif edi­rik. 10 kv metr otaq üçün yal­nız pən­cə­rə­də qu­raş­dı­rıl­ma­sı müm­kün olan kon­di­so­ner­lə­rin qiy­mə­ti 220 ma­nat­dır".

Ma­ğa­za­da­kı ən ba­ha­lı kon­di­so­ne­rin isə "Samsung" fir­ma­sı­na məx­sus olan, işı­ğa qə­na­ət­li "smart inverter" kon­di­so­ne­ri ol­du­ğu­nu bil­dir­di: "Bu kon­di­so­ner çox elek­trik ener­ji­si sərf et­mir. 25 kv metr­li­yi­nin qiy­mə­ti 920 ma­nat­dır".

Ma­ğa­za­da di­gər ba­ha­lı sə­rin­dəş­di­ri­ci qur­ğu isə ye­nə­də ey­ni fir­ma­ya məx­sus ha­va tə­miz­lə­yi­ci­si xü­su­siy­yə­tə ma­lik kon­di­so­ner­lər­dir. 35 kv metr sa­hə üçün nə­zər­də tu­tu­lan bu kon­di­so­ner­lər ota­ğa mən­fi ion­lar bu­rax­maq­la içə­ri­də­ki rü­tu­bə­ti və pis qo­xu­nu dəf et­di­yin­dən, 910 ma­na­ta sa­tı­lır. Sa­tı­cı ey­ni mo­del­lə­rin ötən il­də ha­zır­ki qiy­mət­lə sa­tıl­dı­ğı­nı bil­dir­sədə alıcılar bu mövsüm kondisonerlərin qiymətində nəzərəcarpacaq artım olduğunu söylədilər.

"28 may" kü­çə­si ilə Azad­lıq pros­pek­ti 14-ün kə­siş­mə­sin­də yer­lə­şən mağazada isə sa­tı­cı xanım  hə­lə­ki bu möv­süm kon­di­so­ner­lə­rin qiy­mə­tin­də en­di­rim ol­ma­dı­ğı­nı bil­dir­di. O, "Sharp" fir­ma­sı­nın is­teh­sa­lı olan 40 kv metr­lik kon­di­so­ner­lə­rin 690, 60 kv metr­lik­lə­ri­nin isə 860 ma­na­ta sa­tıl­dı­ğı­nı bil­dir­di. Ma­ğa­za­da 60 kv metr sa­hə üçün nə­zər­də tu­tu­lan "Panasoniq" fir­ma­sı­nın kon­di­so­ner­lə­ri isə 1030 ma­na­ta sa­tı­lır­dı. Saticı bildirdi ki, qiy­mət­lər­də ötən ilə nis­bə­tən ba­ha­laş­ma var. Möv­sü­mə gö­rə, kon­di­so­ner­lə­rin qiy­mə­tin­də en­di­rim kam­pa­ni­ya­sı isə göz­lə­nil­mir: " Çün­ki biz­də sa­tı­lan fir­ma­lar­dan kon­di­so­ner­lə­rin qiy­mə­ti­nin en­di­rim­lə sa­tıl­ma­sı ba­rə­də gös­tə­riş gəl­mə­yib".

"28" may kü­çə­si 9 ün­va­nın­da­kı "Bosh" dü­ka­nı­na da baş çək­dik.

Bu dü­kan­da bu möv­süm­də kon­di­so­ner­lə­rin qiy­mə­ti­nin dü­şə­cə­yi­ni göz­lə­mə­yin yer­siz ol­du­ğu­nu bil­dir­di­lər: "Alı­cı çoxdur. Çün­ki ca­ma­at yavaş-yavaş is­ti­nin "da­dı­nı" gör­məyə başladığından, məcbur pu­lu­na qı­yıb kon­di­so­ner alır".

Sa­tı­cı "Bosh" fir­ma­sı­na məx­sus kon­di­so­ner­lə­rin ən ucu­zu­nun 23 kv metr­lik ol­du­ğu­nu bil­dir­di: "Bu öl­çü­də kon­di­so­ne­rin qiy­mə­ti 530 ma­nat­dır. 40 kv metr­lik-665 ma­na­ta, 80 kv metr­lik-1055 ma­na­ta­dır".

Evini sərinlətmək üçün kondisioner almağa maddi imkanı çatmayanlar ventilyatorun küləyində də sərinləyə bilər. Amma apardığımız araşdırma zamanı bəlli oldu ki, havaların siti keçməsi ventilyatorların da qiymətinə təsirsiz ötüşməyib. Belə ki, ventilyatorların qiyməti 25 manatdan başalayaraq 75 manatadək dəyişir. Pərləri dəmirdən olan ortabab ventilyatorun qiyməti 50 manatdan aşağı deyil. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs