Ukrayna təyyarəsini vuranlar həbs edildi
Ukrayna təhlükəsizlik xidməti 24 iyunda Karaçun dağı yaxınlığında
Ukrayna Silahlı Qüvələrinə məxsus Mİ-8 hərbi vertolyotunu vurmuş
terrorçuları həbs edib. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir
ki, Mİ-8 hərbi vertolyotunun vurulması zamanı 9 nəfər həlak
olmuşdu.
"Cinayət hadisəsini "Tufan" ləqəbli döyüşçünün rəhbərliyi altında terrorçu qrup icra edib. "Tufan" 1979-cu il təvəllüdlü Ukrayna vətəndaşı Pavel Kartçevdir", - deyə Ukrayna təhlükəsizlik xidmətinin mətbuat mərkəzinin xəbərində deyilir. Onu cinayət yoldaşıyla birlikdə Donetsk bölgəsinin Drujovka şəhərində həbs ediblər.
"Kartçev ilkin dindirilmə zamanı anti terror qüvvələrinə qarşı diversiya tapşırıqlarını Rusiya diversantı İqor Qirkin (Strelkov) göstərişi ilə etdiyini bildirib", - Ukrayna təhlükəsizlik xidməti əlavə edib.
Qeyd edək ki, 24 iyunda Slavyansk yaxınlığında Karaçun dağı yaxınlığında Ukrayna Silahlı Qüvələrinə məxsus Mİ-8 hərbi vertolyotunun separatçılar tərəfindən vurulması zamanı 9 Ukrayna hərbicisi həlak olmuşdu.