news Image
2014.07.28
16:04
| A A A
“Yaxın Şərqdə ölən Qərbin vicdanıdır”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan ötən gün iftar mərasimində iştirak edib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Türkiyənin baş naziri, prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Qadın və Demokratiya dərnəyinin (KADEM) ənənəvi iftar mərasimində iştirak edərkən çıxışında müsəlman ölkələrində baş verən zülmlərə toxunub.

O, Misirdə, Suriyada, Fələstində, İraqda yaşanılan zülmlərin ən çox qadınlara və uşaqlara təsir etdiyini vurğulayıb və bu qədər baş verənlərə dünyanın səssiz qalmasını qınayıb.

"Əslində, ölən Yaxın Şərqdəki qadınlar, uşaqlar deyil. Onlar şəhiddirlər və yaşayırlar. Ölən isə Qərbin vicdanıdır, modern dünyanın insafıdır, əslində ölən insanlıqdır." – deyə Əminə Ərdoğan ürək yanğısı ilə çıxışında bird aha Qəzzalıları xatırlayıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs