news Image
2014.07.30
13:20
| A A A
Həccə getmək istəyənlərin nəzərinə!
Bu il Səudiyyə Ərəbistanına gedəcək müsəlmanlar yeni prosedurlardan keçəcək.
ANS PRESS-in məlumatına görə, son iki dəyişiklikdən sonra hacı olmaq istəyənlərdən səyahət etmək üçün sağlamlıq haqqında sənəd və barmaq izi istəniləcək. Bu tələblər Səudiyyə Ərəbistanı tərəfindən irəli sürülüb.

Türkiyə Dəyanət işləri türk islam birliyinin Həcc və ümrə üzrə məsul şəxsi Əli Özdəmir bu barədə məlumat verib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı bu il təşkilatçılara bir sıra dəyişikliklər olması barədə məlumat verib.

"Bunlardan biri zəvvarların həkimdən xüsusi sağlamlıq kağızı almaları ilə bağlıdır. İkinci dəyişikliyə görə, Avropadan səyahətə gələnlərdən barmaq izi alınacaq. Bu həlilik tam dəqiqiləşməyib. Qarşıdakı günlərdə dəqiq məlumat veriləcək".

Bu prosedur ilk dəfə tətbiq olunacaq. Yeni dəyişikliklər müsəlmanların gömrükdən girişini asanlaşdırmaq məqsədilə edilib.

Hacı olmaq istəyən müsəlmanlar sağlamlıq haqqında sənədi öz həkimlərindən ala biləcəklər. Barmaq izi vermək isə xüsusi səyyar xidmət vasitəsi ilə mümkün olacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs