Əlaqə Arxiv
news Image
2014.09.14
00:08
| A A A
Kiyev Bakı ilə hərbi əməkdaşlığı genişləndirmək niyyətindədir
Bakı və Kiyev müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə edib.

Movqe.az publika.az-a istinadən xəbər verir ki  , bu barədə "Ukroboronprom" Ukrayna Dövlət Konserinin aparat rəhbəri Deniz Radov "ADEX-2014" beynəlxalq hərbi sərgisində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, "Ukroboronprom" Rusiya ilə hərbi təyinatlı məhsulların istehsalı üzrə ortaq müəssisələr açmağı planlaşdırmır.

"Bizdə belə planlar yoxdur. İndi elə vəziyyətdir ki, adi müqavilələri belə yerinə yetirmək mümkün deyil. Bu dövlət səviyyəsində qadağan edilib", -deyə o bildirib.

Qeyd edək ki, Bakıda keçirilən "ADEX-2014" beynəlxalq hərbi sərgidə 34 ölkənin hərbi təyinatlı məhsulları nümayiş olunur.
Sizin Reklam Yeriniz