Əlaqə Arxiv
news Image
2014.09.20
16:04
| A A A
Avropalı müsəlmanlar İŞİD-ə etiraz edirlər
Avropada müsəlmanlar İŞİD terror qruplaşmasının İraq və Suriyada dinc insanlara qarşı törətdiyi zorakılıqlara etiraz ediblər. Bu məqsədlə Almaniyanın paytaxtı Berlində baş tutan aksiyaya minlərlə insan qatılıb. Aksiya iştirakçıları şəhərin mərkəzi küçələrindən birində "Sülh Günü" adı altında yürüşə çıxıblar. Yürüş zamanı müsəlman cəmiyyəti üzvləri İŞİD ideologiyasını qəbul etməkdilərini və dinc insanlara qarşı törədilən zorakılıqların yolverilməz olduğunu bildiriblər.

Movqe.az-ın Milli.Az-a istinadən məlumatına görə, yürüşdən sonra aksiyaçılar Mövlana Məscidində bir araya gələrək dualar ediblər.

İŞİD silahlılarına qarşı hazırda beynəxalq mübarizə gedir. Ötən gün Fransa hərbi qüvvələri İraqda İŞİD-in mövqelərinə aviazərbələr endirib.

Amerika Birləşmiş Ştatları PrezidentiBarak ObamaSuriyada İŞİD-ə qarşı mübarizədə mötədil müxalif qüvvələrin silahlandırılmasını nəzərdə tutan planının qüvvəyə minməsi üçün sənədləri imzalayıb. Bir qədər əvvəl Konqresin hər iki palatası da Obamanın bu planını bəyənərək təsdiqləmişdi.
Sizin Reklam Yeriniz