news Image
2014.09.27
14:40
| A A A
Qısqanc ər arvadını döyüb öldürdü

İsmayıllıda ər qısqanclıq zəminində həyat yoldaşını döyüb öldürüb.

Movqe.az publika.az-a istinadən bildirir ki , bu barədə İsmayıllı rayon prokuroru Rahib Seyidov, rayonun Girki kəndində Şöhrət Qarayev həyat yoldaşı Vəliyeva Hilalxan Elçin qızına ölümlə nəticələnən müxtəlif dərəcəli bədən xəsarət yetirib. Hazırda o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barəsindəCinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəssdən sağlamlığa ağır zərər vurma)maddəsiilə cinayət işi açılıb.

Məlumata görə, Şöhrət Qarayev dostlarından birinin məclisində qonaq olub və orada spirtli içki qəbul edib. Axşam saatlarında evinə qayıdan ərin həyat yoldaşı ilə mübahisəsi düşüb. Mübahisənin qızışması tərəfləri, xüsusən də Şöhrəti özündən çıxarıb. Belə ki, sərxoş və qəzəbli ər həyat yoldaşını qonşuluqdakı kişiyə baxıb güldüyü səbəbilə döyməyə başlayıb. Nəticədə, Şöhrət Qarayev həyat yoldaşı Vəliyeva Hilalxan Elçin qızına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Daha sonra zərərçəkən xəstəxanaya çatdırılıb. Lakin xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb. Baş nayihələrindən aldığı güclü zərbələr onun ölümünə gətirib çıxarıb.

Əlavə edək ki, dünyasını dəyişən qadın 5 uşaq anası idi və ən kiçik övladı 3 həftə əvvəl dünyaya gəlib.