news Image
2012.07.17
11:46
| A A A
Allahşükür Paşazadə: “Ölkəmizi kənardan qarışdırmaq istəyən çoxlu qüvvələr var”
"Ramazan ayında oruc tutmağın şərtləri var və bu şərtlərə riayət edilməlidir. Bu ay daha çox Quran oxumaq, mərhəmət etmək, heç kəsin qəlbini sındırmamaq lazımdır". APA-nın məlumatına görə, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının iclasında çıxışı zamanı deyib. 

Şeyxülislam Hacı Allahşükür Paşazadə tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərovun da iştirak etdiyini nəzərə çatdırıb: "Dövlət Komitəsinin rəhbərliyinə kimin təyin edilməsi dövlət işidir. Ancaq Elşad İsgəndərovu tanıyıram. Öz millətini sevən bir insandır. Dövlət başçısı ona səfir statusu verdi, İslam Konfransı Təşkilatında gənclərlə bağlı böyük işlər gördü. Hamımız onu təbrik edirik".

QMİ sədri ölkəmizi kənardan qarışdırmaq istəyən çoxlu qüvvələrin olduğunu deyib: "Şimalda da, cənubda da belə qüvvələr var. Bəziləri istəyirlər ki, baş verən hadisələri siyasiləşdirsinlər. Biz birlikdə işləyəcəyik. Prezident İlham Əliyev bizə dayaqdır. Təki din, tolerantlıq məsələsində birgə işlər görək. Azərbaycançılığa, dinə qarşı hərəkətlərə Qafqaz Müsəlmanları İdarəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə çalışacağıq".

Allahşükür Paşazadə qeyd edib ki, şiə və sünni məzhəbləri bir-birinə düşmən deyil: "Bunların hər birinin hüquqları var və onların hüquqlarının yerinə yetirilməsinə imkan yaratmaq lazımdır. Şiələri məcbur etmək lazım deyil ki, sən belə etməlisən. Eyni zamanda şiə məzhəbindən olanlar sünni məzhəbinə təsir göstərməməlidir ki, bunu belə et. Hamının Allahı birdir".
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs