news Image
2014.10.04
13:09
| A A A
Banklarda əmanətlərin həcmi artıb

Bu ilin yanvar-avqust aylarının yekunlarına görə, Azərbaycan banklarında yerləşdirilmiş əmanətlərin məbləği 14,64 milyard manat olub.

Movqe.az publika.az-a istinadən xəbər verir ki , Mərkəzi Bankdan daxil olan məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,5% və yaxud 2,98 milyard manat çoxdur. İlin əvvəlindən isə əmanətlərin məbləği təxminən 17,3% və yaxud 2,16 milyard manat artıb.

Əmanətlərin 47,8%-i və yaxud 7 milyard manatı fiziki şəxslərə (ev təsərrüfatlarına) məxsus olub. 2013-cü ilin ilk 8 ayı ilə müqayisədə vətəndaşların əmanətləri 14,8% və yaxud 900 milyon manat artıb. İlin əvvəli ilə müqayisədə artım isə 600 milyon manat və yaxud 10%-ə yaxın olub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs