Nazirlər Kabineti "Avtomobil yollarının ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi Qaydası"nı təsdiq edib.
Movqe.az xəbər verir ki , Nazirlər Kabinetindən bildiriblər ki, bu
Qayda "Avtomobil yolları haqqında" Azərbaycan RespublikasıQanununun
15-2-ci maddəsinə əsasən hazırlanmışdır və avtomobil yollarının
perspektiv inkişafı üçün nəzərdə tutulmuş ehtiyat zonalarında
(bundan sonra - ehtiyat zonaları) bina və qurğuların,
kommunikasiyaların yerləşdirilməsiqaydalarını müəyyən edir.
Qaydaya əsasən ehtiyat zonalarında yüngül konstruksiyalı, yaxud
müvəqqəti və ya yardımçı bina və qurğuların yerləşdirilməsinə yol
verilir. Ehtiyat zonalarında yüngül konstruksiyalı, yaxud müvəqqəti
və ya yardımçı bina və qurğular ərazi planlaşdırılmasının
sabitliyinin təmin edilməsi şərtiləyerləşdirilir.
Qaydalarda qeyd edilir ki, ehtiyat zonalarında kommunikasiyalar
(qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı
vasitələri və qurğuları) ərazi planlaşdırılmasının sabitliyinin
təmin edilməsi şərtiləyerləşdirilir. Ehtiyat zonalarında yeni
kommunikasiyaların yerləşdirilməsinə və bu məqsəd üçün lazımi
qurğuların tikintisinə, habelə yükgötürən konstruksiyaların
gücləndirilməsinə sərf olunan bütün xərclər kommunikasiyaların
çəkilməsini həyata keçirən sifarişçilər tərəfindən ödənilir.
Ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların
yerləşdirilməsiərazi planlaşdırılmasına uyğun olmadıqda,
razılaşdırmadanimtina edilir.