Avropa Birliyində işsizlik rekord səviyyəyə çatıb
Avro bölgəsində işsizlik 11,2 faizlə tarixin ən yüksək səviyyəsinə çatıb.
Movqe.Az bildirir ki, Avropa Birliyi
Statistika Təşkilatının açıqladığı məlumatlara görə, avro
bölgəsində işsizlərin sayı son bir ildə 2 milyon artıb, iyun ayı
hesablamalarına görə də 17,8 milyona çıxıb. 27 üzvlü Avropa
Birliyinin işsizlik nisbəti isə 10,4 faizə qalxıb, işsizlərin sayı
25 milyonu keçib.
İşsizlik rekordunu 24,8 faizlə İspaniya qırarkən, onu Yunanıstan və Portuqaliya izləyir. Avropa Birliyinin güclü iqtisadi ölkələri Avstriya, Hollandiya və Almaniya isə işsizlik səviyyəsinin ən aşağı olduğu ölkələr olaraq önə çıxıb.