news Image
2012.04.12
10:44
| A A A
“Rektorlar və baş həkimlər də öz gəlir və əmlakları barədə hesabat verməlidirlər”
“Zəngin vətəndaşların gəlirləri aztəminatlı vətəndaşların gəlirlərini 16 dəfə üstələyir” Rusiyada dövlət şirkətlərinin rəhbərləri, ali məktəb rektorları və iri tibb müəssisələrinin baş həkimlər məmurlarla birlikdə öz gəlir və əmlakları barədə hesabat verməlidirlər.
"APA-ECONOMICS"in xəbərinə görə, bu barədə Rusiyanın Baş naziri Vladimir Putin Dövlət Dumasında hökumətin fəaliyyətinə dair illik hesabatla çıxış edərkən bildirib. Onun sözlərinə görə, Rusiyanın başlıca problemi əhalinin çoxtəminatlı təbəqəsi ilə aztəminatlı təbəqəsinin gəlirləri arasındakı böyük fərqdir: "Zəngin vətəndaşların gəlirləri aztəminatlı vətəndaşların gəlirlərini 16 dəfə üstələyir və son illər bu göstərici heç dəyişmir. ABŞ-da bu fərq 15 dəfədir". V.Putin qeyd edib ki, hazırda hökumətin başlıca vəzifəsi minimum əməkhaqqının yaxın bir neçə ildə yaşayış minimumu ilə bərabərləşdirilməsidir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs