news Image
2012.09.07
07:33
| A A A
Ermənistanın içi yanır
“Prezidentin əfv fərmanı hamımızın ürəyində böyük əks-səda doğurdu”


"Ermənistan
ın hazırda içi yanır və nə etdiyini bilmir. Buna görə də Macarıstanla əlaqələrin pozulmasına dair qərar qəbul edir. Sözsüz ki, bu, vəziyyətin onlar üçün çıxılmaz olmasından xəbər verir". Bunu jurnalistlərə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazir qeyd edib ki, Azərbaycanın hər bir vətəndaşı, əsgəri hər yerdə öz düşməni ilə savaş aparmalıdır.

Qarayev qeyd edib ki, Azərbaycanın hər bir vətəndaşı, əsgəri hər yerdə öz düşməni ilə savaş aparmalıdır. "Biz Azərbaycan Prezidenti İlham Əliyevin Ramil Səfərovu əfv etməsi qərarını təqdir edirik. Bu, qətiyyətli və bizim hamımızın ürəyincə olan qərardır", - nazir deyib.

Əbülfəs Qarayev bildirib ki, bu ilin birinci yarısında keçən il ilə müqayisədə turist sayında 7% artım müşahidə olunub. O qeyd edib ki, Azərbaycanda keçirilən konfranslar, beynəlxalq səviyyəli tədbirlər turistlərin sayının artmasına imkan yaradır. Nazir, həmçinin bəzi problemlərə baxmayaraq xidmət səviyyəsinin də yüksəldiyini qeyd edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs