news Image
2012.09.14
10:23
| A A A
Azərbaycanda rezidenturaya ixtisas seçimi başa çatıb
Azərbaycanda 2012-2013-cü tədris ili üçün rezidenturaya ixtisas seçimi başa çatıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ixtisas seçimi internet vasitəsilə sentyabrın 11-i saat 9.00-dan bu gün saat 9.00-dək aparılıb.
Bu müddətdə ixtisas seçimi etməyən namizədlər müsabiqədə iştirak hüququnu itiriblər.
İxtisas seçimində iştirak etmək üçün qoyulan minimal tələblər (müsabiqə şərtləri) müalicə işi, pediatriya istiqamətinə aid olan ixtisaslar üçün baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə 50 bal; stomatologiya istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə 50 bal; tibbi biologiya istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 30 bal, ixtisas fənləri üzrə 40 bal; tibbi profilaktika istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 30 bal, ixtisas fənləri üzrə 40 bal müəyyən edilib.
Qeyd edək ki, rezidenturaya sentyabrın 8-9-da keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən, namizədlərdən ümumilikdə 835 nəfəri ixtisas seçimində iştirak etmək hüququ qazanıb.
Rezidenturaya qəbulun nəticələri bu gün elan olunacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs